Cəlilabadda güclü külək fəsadlar törədib, bəzi əraziləri işıqsız qoyub

Cəmiyyət


Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

“Report”un məlumatına görə, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.

Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.

Qeyd edək ki, Cəlilabadda yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Şəhərin mərkəzində ağaclar aşıb.

Hazırda rayon ərazisində küləyin törətdiyi problemlər aradan qaldırılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir