Xaçmazda məktəbli qardaşlar itkin düşüblər – FOTO

Cəmiyyət


Xaçmazda iki qardaş itkin düşüb.

İlkin məlumata görə, qardaşlar aprelin 19-da məktəbdən çıxıb və evə getməyib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, itkin düşən iki qardaş barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verilib:

“Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb. Eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar. Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir