Səudiyyə Ərəbistanı vətəndaş müharibəsinin davam etdiyi Sudandan diplomatlarını təxliyə edib

Dünya


Səudiyyə Ərəbistanı Sudanda davam edən vətəndaş müharibəsi ilə əlaqədar 91 səudiyyəli və 66 digər ölkə vətəndaşını bu ölkədən təxliyə edib.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sudandan təxliyə edilən Səudiyyə Ərəbistanı vətəndaşları və bir sıra qardaş və dost ölkələrin vətəndaşları, o cümlədən diplomatlar və beynəlxalq təşkilatların əməkdaşları krallığın ərazisinə gəliblər”, – məlumatda deyilir.

Qeyd edək ki, artıq bir həftədir ki, Sudan ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar baş verir, ölkə faktiki vətəndaş müharibəsi meydanına çevrilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir