Tovuz rayonunun Köhnəqala kəndində bıçaqlanma olub.
“Report” xəbər verir ki, rayonun Məşədilər kənd sakini, 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu Köhnəqala kəndində fəaliyyət göstərən çayxanada aralarında olan şəxsi münasibətlər zəminində tanışı, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Alıyev Elsevər Məlik oğlu ilə mübahisə edib.
Mübahisə zamanı C.Xanmirzəyev E.Alıyevi bıçaqla vuraraq ona döş qəfəsinin sağ ön səthinin və sol qoltuq altı nahiyənin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib.
Hadisə ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
www.102info.az