Bakıda Yasamal rayonunda yataqxanada baş verən yanğın söndülürüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğınla bağlı məlumat daxil olub.
Yanğın beşinci mərtəbədəki mənzildə başlayıb.
Baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
21:37
Bakının Yasamal rayonunda yanğın hadisəsi olub.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Yanğın Azərbaycan Dillər Universitetinin yataqxanasında başlayıb.
Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib.
www.102info.az