Ərdoğan “Togg” almaq istəyənlər üçün kredit müjdəsi verdi

Dünya


“Dövlət banklarımız “Togg” almaq istəyənlər üçün kredit verəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli istehsalı olan “Togg” elektrikli avtomobilini almaq istəyənlərə kredit müjdəsini verib.

Ərdoğan bu barədə Manisa Cümhuriyyət meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib.

“Biz dayanmırıq, işləyirik. Dövlət banklarımız “Togg” almaq istəyənlər üçün nəqliyyat vasitəsinin qiymətinin 50 faizi həcmində 0,99 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit verəcək”, – deyə Türkiyə prezidenti qeyd edib.

Mənbə: TRTHaber   

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir