ANAMA ötən həftənin hesabatını açıqlayıb

Cəmiyyət


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 25 mina aşkarlayıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13, tank əleyhinə 12 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 303 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir