“Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükünü nəzərdə tutan memorandum “Həmrəylik halqası” təşəbbüsü vasitəsilə layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir”.
“Report”un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
V.Popeskunun sözlərinə görə, bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.
www.102info.az