Ukraynanın əks-hücumu: Şiddətli döyüşlər gedir – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukrayna Ordusunun Baxmut və Avdeyevkada əks-hücuma keçməsi bölgədə vəziyyəti gərginləşdirib.

“Əks-hücum əməliyyatları hələ məhdud əraziləri əhatə edir. Gözlənilən silahlar gətirildikdən sonra əks-hücumun daha da genişlənəcəyi bildirilir”, – deyə jurnalist əlavə edib.

Rusiya Ordusunun isə uzaqmənzilli raketlərdən istifadəni artırdığı qeyd olunub:

“Raket hücumları Donetskdə, demək olar ki, hər gün müşahidə olunur. Toretsk şəhərinə endirilən raket zərbələri nəticəsində üç azərbaycanlının evi tamamilə darmadağın olub”.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir