Türkiyə Super Liqasının XXXI turunda “Giresunspor” öz meydanında “Başakşehir”ə 2:4 hesabı ilə məğlub olub.
Qonaq komanda bütün qolları ilk yarıda vurub. Fasilədə “Giresunspor”un qapıçısı Onurcan Piri meydana çıxmaq istəmədiyini deyib. Qolkiper azarkeşlərin onu fitə basmasına görə əvəzlənməsini istəyib. Onurcan Pirini Ferhat Kaplan əvəzləyib.
İkinci yarıda “Giresunspor” iki qol vurub.
www.102info.az