Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl rayonunun mərkəzinə səfər ediblər.
Oxu.Az-ın müxbiri xəbər verir ki, onlar ərazidə dağıdılmış məzarlıqla tanış olublar.
Onlara erməni vandalizmi barədə məlumat verilib.
Eyni zamanda, məşhur fotoqraf Reza Deqati səfər çərçivəsində nümayəndələrə Ermənistanın işğal dövründə etdikləri vəhşiliklər barədə məlumat verib.