Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsi, 80-in qarşısında 19 yaşlı O.Murtuzzadə bıçaqlanıb. Döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.
Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı V.Kərimov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, bıçaqlanan gənc Türkiyədəki universitetlərdən birinin tələbəsidir.
www.102info.az