NATO Baş Qərargah rəisləri Brüsseldə toplanırlar

Dünya


NATO-nun ali hərbi orqanı və Hərbi Komitəsi mayın 10-da Brüsseldə iclas keçirməyə hazırlaşırlar.

İclas zamanı Ukraynadakı müharibənin müzakirəsi planlaşdırılır.

Bu barədə NATO-nun Mətbuat Xidməti məlumat verib.

Qeyd olunub ki, iclasa Hərbi Komitənin rəhbəri, admiral Rob Bauer sədrlik edəcək. Həmçinin  NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı Ali Baş Komandanı, general Kristofer Kavoli, NATO Birləşmiş Silahlı Qüvvələrinin transformasiya üzrə Ali Baş Komandanı, general Filipp Lavin də iclasda iştirak edəcəklər.

“NATO Hərbi Komitəsinin iclası 32 Baş Qərargah rəisinin görüşməsinə və Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etmələrinə imkan verəcək”, – deyə məlumatda qeyd edilib.

Eyni zamanda NATO Baş katibi Yens Stoltenberqin də Alyansın əsas prioritetlərinin və problemlərinin müzakirəsi üçün Hərbi Komitənin ilk iclasına qatılması planlaşdırılır.

Baş Qərargah rəisləri Ukrayna ərazisindəki müharibə, bölgələrdəki vəziyyət, NATO və Alyans üzvləri tərəfindən Ukraynaya gələcək dəstək məsələlərini nəzərdən keçirəcəklər.

Mənbə: RBC-Ukrayna

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir