İplə boğularaq öldürülən 18 yaşlı gəncin qətlinin TƏFƏRRÜATI

Kriminal


Aprelin 22-nə keçən gecə Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Zaur oğlu Hacıyevin əmisi oğlu tərəfindən iplə boğularaq qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, qəsəbə sakini, 1994-cü il təvəllüdlü Tural Hacıyev gecə saat 3 radələrində yaşadığı evin həyətində Quşçu kəndində yaşayan əmisi oğlunu görüb. O, qısqanclıq zəminində əmisi oğluna hücum edərək onu boğmağa başlayıb və hadisə yerində öldürüb.

O da məlum olub ki, 5 il əvvəl Ramin Hacıyevin atası Zaur Hacıyev də Şamaxıda qətlə yetirilib. Belə ki, 2018-ci il yanvarın 18-də “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyev qonşu fermada yaşayan Natiq Bünyadov tərəfindən odlu silahla öldürülüb. Həmin hadisənin də qısqanclıq zəminində törədilməsi məlum olub.

Araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir