Bu il çiyələyin qiyməti bahalaşa bilər – VİDEO

Cəmiyyət


Bir neçə gün əvvəl küləklə müşaiyət olunan dolunun yağması Cəlilabaddakı çiyələk sahələrini məhv edib.

Xezerxeber.az xəbər verir ki, yetişmiş məhsul zədələndiyindən çürüməyə başlayıb.

Fermerlər deyir ki, artıq sürətli çürümə gedir. Sahələrdən 40-50 faiz satışa yararlı məhsul yığmaq olar.

Hava şəraiti kartof sahələrinə də ciddi ziyan vurub. Fermerlər deyir ki, külək və dolu kolların qırılmasına səbəb olub. Yığım 10-15 gün geciksə, həm də məhsuldarlıq  50 faiz aşağı olacaq.

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, dolunun vurduğu ziyan yüzlərlə hektarı əhatə edir.

Bildirilib ki, əkin sahələri sığorta olunmadığından fermerlər itirilən məhsul barədə müraciət edə bilmirlər. Üstəlik təbiət hadisəsi məhsuldarlığı aşağı saldığı üçün bu, satış qiymətinin artmasına da təsir göstərəcək.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir