Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına davam edir və qısa fasilədən sonra tədbirlərdə iştirakını bərpa edəcək.
Bu barədə çərşənbə günü hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik məlumat verib.
“Bəzi xarici KİV-lər cənab Prezidentin səhhətilə bağlı əxlaqsızcasına yalan xəbərlər yayırlar. Cənab prezident vəzifə başındadır. O, qısa istirahətdən sonra da eyni ruhda proqramına davam edəcək”, – Çelik “Twitter”də yazıb.
O, dünyanın hər yerindən dövlət başçısına göstərilən diqqətə görə təşəkkür edib.
Sn Cumhurbaşkanımızın sağlığıyla ilgili bazı yabancı basın yayın organlarında ahlaksızca yalan haber yapılmaktadır.
Sn Cumhurbaşkanımız görevinin başındadır. Küçük bir istirahat sonrası programlarına aynı şekilde devam edecektir. Milletimizin sağlık, afiyet dilekleri ve…— Ömer Çelik (@omerrcelik) April 26, 2023
www.102info.az