Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Ölkə çox çətin vəziyyətdədir”

Dünya


“Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri hazırda işləmir”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Ermənistan indi yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.

“Bizi Qərbyönümlü olmaqda ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz müxtəlif istiqamətlərdə, həmçinin təhlükəsizlik problemlərimizin həlli baxımından da əməkdaşlıq edirik”, – deyə Qriqoryan qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

Mənbə: News.am

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir