FHN nöqsanları aradan qaldıran hamamın fəaliyyətinə icazə verdi – FOTO/VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən verilən xəbərə görə, bu ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən “Pak məkan hamamı” adlı obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib və həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Xidmət tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir