“İrəvanda baş verən xoşagəlməz hadisələrə görə Ermənistan tərəfini qınayıram”.
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
O, qarşılanma mərasiminə görə təşəkkürünü bildirib:
“Avropa çempionatında iki ölkəni çox layiqincə şəkildə təmsil etdik. Bayraqlarımızı qürurla dalğalandırdığımızı düşünürəm. Onların adlarını səsləndirmək belə istəmirəm. İndi də əlimdə Azərbaycan bayrağı var. Birlik və bərabərliyimiz daim olsun. Belə gözəl qarşılanmaya görə təşəkkür edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcəyik”.
Faiq Tahirov
www.RIA24.az