Ərdoğan: “Akkuyu AES-in bütün reaktorları 2028-ci ilə qədər işə düşəcək”

Dünya


“Akkuyu Atom Elektrik Stansiyasının dörd reaktorunun hamısının 2028-ci ilə qədər işə düşəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O, AES-ə nüvə yanacağının verilməsi mərasiminə videobağlantı vasitəsilə qoşulub.

Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, Akkuyu AES-də elektrik enerjisi istehsalına 2024-cü ildə başlanacaq. Obyektə 60 il ərzində “Rosatom” xidmət göstərəcək. Texniki xidmət və təmir nəzərə alınmaqla, bu müddət daha 20 il uzadıla bilər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir