Aprelin 26-da Baş Prokurorluğun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də tabe şəhər və rayon prokurorluqlarında könüllü qanvermə aksiyası keçirilib.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, aksiya ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, habelə qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaq və tədarük edilən qan ehtiyatını artırmaq məqsədi ilə keçirilib.
www.102info.az