Bakının Xəzər rayonunda iki evdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan, tikintisi başa çatmayan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kvadratmetr sahədə, 2-ci mərtəbəsinin tavanı və ondulindən ibarət dam örtüyü 60 kvadratmetr sahədə və yaxınlıqda, ümumi sahəsi 90 kvadratmetr olan, birmərtəbəli evin ondulindən ibarət dam örtüyü 3 kvadratmetr sahədə yanıb. Birmərtəbəli evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az