Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Oxu.Az-ın məlumatına görə, 49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.
“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, – Bektaş paylaşımda yazıb.
Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.
www.RIA24.az