“Vətən müharibəsinin bitməsindən indiyə qədər 301 nəfər azad olunmuş ərazilərdə minaya düşüb”.
Oxu.Az xəbər verir ki, bunu Tərtərdə baş verən mina partlayışı ilə əlaqədar danışarkən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib. O, QHT rəhbərləri ilə mina terrorunu müzakirə edib:
“Ermənistanın mina terroru nəticəsində 57 nəfər həyatını itirib. Görünür ki, Ermənistan Qarabağda gedən quruculuq-bərpa işlərinə mane olmaq üçün belə addımlar atır. İrəvan mina xəritələrini vermir. Mülki əhaliyə və ölkəmizə qarşı yönələn bu terroru pisləyirik. Beynəlxalq təşkilatları buna cavabsız qalmamağa çağırırıq”.
Aysel Aslan
www.RIA24.az