Avtomobillər üçün velosiped zolağı: Layihə səhvi, yoxsa düşüncə geriliyi? – VİDEO

Cəmiyyət


Paytaxtda insanların rahat və təhlükəsiz hərəkəti üçün velosiped zolağı salınıb.

Xezerxeber.az xəbər verir ki, həmin yol bu gün təyinatına uyğun istifadə edilmir.

Bu yoldan istifadə edən velosiped sürücülərinin qarşısını avtomobillər kəsir. Bəzi sürücülər zolağı görməzdən gələrək velosiped zolağında avtomobili park ediblər. Söhbət Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihə əsasında Buzovna-Mərdəkan arasında salınan velosiped yolundan gedir. İnsanlar ümumi uzunluğu 8,2 km olan velosiped yoluna vaxtı-vaxtında qulluq edilməsini istəyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, agentlik Buzovna-Mərdəkan yolundakı 8,2 km-lik velosiped yolu ilə bağlı layihələndirmə işlərinə dəstək göstərib. İşin icrası və ona nəzarət isə icraçı tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı işləri icra edən Bakı Abadlıq Xidmətindən isə deyiblər ki, sözügedən velosiped zolağında işlər tam təhvil verilməyib. Hazırda layihə üzrə son tamamlanma həyata keçirilir.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir