Kürdəmir sakini özünə şüşə ilə xəsarət yetirib

Kriminal


Kürdəmir sakini özünə ağır bədən xəsarətləri yetirib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Cənub məhəlləsində qeydə alınıb.

Belə ki, rayon sakini 26 yaşlı Kazımov Pünhan Vidadi oğlu şüşə ilə özünə yaşadığı evdə xəsarət yetirib.

O, dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bildirilib ki, ona həkimlər tərəfindən sağ dirsək oynağın geniş kəsilmiş, cırılmış yarası diaqnozu qoyulub.

P.Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Lakin vəziyyətinin ağır olması səbəbi ilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir