Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib – FOTO

Cəmiyyət


Azərbaycan Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Vəkillər Kollegiyasının üzvləri Asif Mustafayev aprelin 12-də “Uşaqların onlayn cinsi istismarı və kibercinayətinə qarşı mübarizə” mövzusu üzrə, Vüsal Kazımzadə aprelin 17-də “Müflisolmanın hüquqi əsasları və təcrübə” mövzusu üzrə, Lalə Nağıyeva aprelin 20-də “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı” mövzusu üzrə və Fərid Həsənov aprel 28-də “Qəsdin əmələ psixoloji münasibətdə növü, formaları, tövsif zamanı müəyyən edilmə əsasları” mövzusu üzrə keçirilmiş təlimlərdə təlimçi qismində iştirak ediblər.

Ümumilikdə, təlimlərdə 175 vəkil iştirak edib.

www.102info.az

Spread the love