Qram-qram oğurlamışdı, kilo ilə ələ keçdi

Maraqlı


Çukotkada (Rusiya) hava limanında çamadanının tutacağında təxminən 5 kiloqram qızıl keçirməyə cəhd edən şəxs saxlanılıb.

Məlumata görə, İrkutskdan 39 yaşlı Andrey S. nəzarətdən keçərkən çamadanı təhlükəsizlik əməkdaşlarının diqqətini cəlb edib. Metal detektoru ilə yoxlama zamanı çamadanın tutacağında sarı rəngli daş aşkar edilib. Andrey bunun qızıl olduğunu deyib.

Daha sonra ifadə zamanı Andrey 2019 və 2020-ci ilin yayında şlix qızıl hasilatı ilə məşğul olan yerli sənətkarlıq artelində zənginləşdirici işlədiyini deyib. Qızıl Mayna çayında açıq üsulla hasil edilib. Onun vəzifəsi avadanlıq qurmaq və qızılı çıxartmaq olub.

Andrey işlədiyi müddətdə bu qızılı az-az oğurlayıb və meşədə gizlədib. 2020-ci ilin sentyabr ayında işdən çıxdıqdan sonra o, bütün bu qızılları toplayıb və tərk edilmiş bir evdə gizlədib.

2023-cü ildə nəhayət əmanətlərini geri götürmək qərarına gəlib, Çukotkaya tur alıb və gizlətdiyi qızılları götürərək şəhərdən çıxarmağa çalışıb.

Aparılan ekspertiza göstərib ki, onun çamadanından tapılan xırda qayalar həqiqətən də 4 kiloqram 660 qram çəkisi olan şlix qızıldır. Müsadirə edilən qiymətli metalın dəyəri 24 milyon rubl (505,8 min manat) təşkil edir.

Həmin şəxs barəsində “Qiymətli daşların qanunsuz dövriyyəsi” maddəsi ilə iş başlanılıb və istintaq müddətində ondan şəhərdən çıxmaması barədə yazılı iltizam alınıb.

Mənbə: “BAZA” “Telegram” kanalı

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir