Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü olub

Siyasət

Fevralın 9-da Moskvada Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib.

Rusiya XİN-dən verilən məlumata əsasən, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında baş tutan görüş ölkələr arasındakı strateji əməkdaşlıq münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv dialoq mühitində keçib.

Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq miqyasda aktual olan məsələlər müzakirə olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir