Yağıntılı hava şəraiti ilə əlaqədar suyun səviyyəsinin kəskin artdığı ərazilər AÇIQLANDI

Cəmiyyət


Azərbaycanın bəzi bölgələrində yağıntılı hava şəraiti ilə əlaqədar suyun səviyyəsinin kəskin artdığı ərazilər açıqlanıb.

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev güclü dolunun Tərtər, Goranboy, Naftalan, Gəncə və Zaqatalada qeydə alındığını bildirib:

“Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 38, Əyriçayda 17, Qabırrıçayda 135, bu gün isə yenidən 97 santimetr artdığı müşahidə edilib”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir