Sudanda yer də, hava da mayın 13-dək təhlükəlidir

Dünya


Sudanın hava məkanında uçuşlara qoyulan məhdudiyyət mayın 13-dək uzadılıb.

Bu barədə Sudanın Mülki Aviasiya İdarəsi elan edib.

Bildirilir ki, səlahiyyətli orqanların icazəsi ilə humanitar yardım və əcnəbilər üçün evakuasiya uçuşları istisna olmaqla, Sudan hava məkanı mayın 13-dək bağlanıb.

Xatırladaq ki, aprelin 28-də Sudanda aviabazaya enən Türkiyə təyyarəsinə atəş açılıb. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.

Sudanda aprelin 15-də ölkənin paytaxtı Xartum və bəzi digər şəhərlərdə ordu ilə çevik qüvvələr (xüsusi təyinatlılar) arasında silahlı toqquşmalar başlayıb. Aprelin 27-nə olan məlumata görə, qarşıdurmalar nəticəsində ümumilikdə 528 nəfər ölüb, 4599 nəfər yaralanıb. Hazırda Qərbi Darfur və Xartum istisna olmaqla, Sudanın əksər əyalətlərində nisbi sakitlik qeydə alınıb.

Mənbə: MK.ru 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir