Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.
Bu barədə İTV məlumat yayıb.
Bildirilib ki, təmsilçilər Tural və Turan əkiz qardaşları (TuralTuranX) artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.
www.RIA24.az