Ukrayna Ali Radası hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini qəbul edib.
Bu barədə parlamentari Yaroslav Jeleznyak bəyan edib.
Onun sözlərinə görə, hərbi vəziyyət 20 may 2023-cü il səhər saat 5:30-dan 2023-cü il avqustun 18-nə kimi 90 gün müddətinə uzadılıb.
Xatırladaq ki, Ukrayna hakimiyyəti 2022-ci il fevralın 24-dən ölkədə hərbi vəziyyət rejimi tətbiq edib. Ertəsi gün ümumi səfərbərlik elan edilib. Qanunlara görə, hərbi vəziyyət dövründə hərbi məsuliyyəti olan kişilərin ölkədən çıxışı qadağandır.
Mənbə: UNIAN
www.102info.az