Süni intellektin yaradıcısından gözlənilməz qərar və qorxuducu açıqlama

Maraqlı


“Süni intellektin xaç atası” adlandırılan kompüter alimi Ceffri Hinton bu ilin aprelində “Google”un vitse-prezidenti vəzifəsini tərk edib.

O, bəşəriyyəti süni intellektin təhlükələri barədə xəbərdar etmək üçün bu addımı atdığını açıqlayıb.

Hinton əmindir ki, generativ süni intellekt və ChatGPT kimi çat-botların daha da nəzarətsiz inkişafı iş yerlərinin itirilməsinə, eləcə də dezinformasiyanın geniş yayılmasına səbəb olacaq.

Bundan əlavə, “Google”un digər texnologiya nəhəngləri ilə rəqabət aparmaq üçün süni intellektlə bağlı əvvəlki məhdudiyyətlərdən imtina etməsi alimi narazı salıb.

Hinton deyir ki, onun süni intellektlə bağlı mövqeyi keçən il “Google”, “OpenAI” və digər şirkətlər insan intellektini üstələyə biləcək proqramlar qurmağa başlayandan sonra dəyişməyə başlayıb. Son beş ildə süni intellekt o qədər sürətlə inkişaf edib ki, alim növbəti beş ildə baş verə biləcəklərdən qorxduğunu etiraf edib.

Hintonun bəyanatından sonra “Google”un sözçüsü bildirib ki, korporasiya hələ də süni intellektə məsuliyyətli yanaşmaya sadiqdir və bütün ortaya çıxan riskləri izləyir.

Xatırladaq ki, bir müddət öncə ChatGPT kimi çat-botların gizli təhlükəsi açıqlanıb. Martın sonunda sahibkar İlon Mask da daxil olmaqla, süni intellekt sahəsində mindən çox mütəxəssis neyron şəbəkəsi üzrə təlimlərin dayandırılmasına çağırıb. “Twitter”in sahibi, həmçinin ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasını təklif edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir