Mayın 3-də gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Bu barədə APA-ya Xınalıq kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.
www.102info.az