Afrikalı uşaqlar arasındakı anormal bədən kütləsi indeksi onların ailələrinin rifahından çox asılıdır.
Bu barədə Birmingem Universiteti məlumat yayıb.
Müasir Qərb və əksər Asiya ölkələrində aclıq problemi həll olunub və buna görə də insanların aktual problemi qida çatışmazlığı deyil, artıq çəkidir. Bir çox insanın, xüsusən də uşaqların qida çatışmazlığından əziyyət çəkdiyi Afrikada isə vəziyyət fərqlidir.
Araşdırmalar zamanı məlum olub ki, piylənmə ilk növbədə varlı ailələrin övladlarında, qida çatışmazlığı isə yoxsul və kasıblarda müşahidə olunur.
Bununla əlaqədar olaraq, Afrikaya yardımın göstərilməsində differensial yanaşmaya və qidanın ilk növbədə ehtiyacı olanlara çatmasını təmin etməyə çağırışlar olur.
www.102info.az