İqtisadiyyat naziri Mikayıl Cabbarov “Xalçaçı Günü” münasibətilə xalçaçılarımızı təbrik edib.
Bununla bağlı nazir özünün “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Bu gün xalçaçılarımızın peşə bayramıdır. Azərbaycanın zəngin mədəniyyətini, tarixini və qədim ənənələrini ehtiva edən xalçaçılıq mənəvi irsimizdir. Bu möhtəşəm və dəyərli sənətin təmsilçilərini “Xalçaçı Günü” münasibətilə təbrik edir və uğurlar arzulayırıq”.
www.102info.az