Azərbaycanın Vəkillər Kollegiyasının üzvü Xanlar Qafarov vəfat edib.
“Report” xəbər verir ki, uzun sürən xəstəlikdən sonra vəkil bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, 1952-ci il təvəllüdlü Xanlar Əjdər oğlu Qafarov Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. O, uzun müddət prokurorluq orqanlarında çalışıb.
www.102info.az