Çempionluq şənlikləri zamanı atışma: Bir “Napoli” azarkeşi öldü

Dünya


“Napoli” azarkeşlərindən biri İtaliya çempionluğunu qeyd edən zaman ölüb.

Buna Neapol küçələrində baş verən atışma səbəb olub. Güllə yarası alan 26 yaşlı fanat xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Çempionluq şənliklərində ümumilikdə 204 nəfər yaralanıb. Onlardan 4-ü güllə yarası alıb, biri bıçaqlanıb.

Xatırladaq ki, dünən A Seriyasının 33-cü turunda “Udineze” ilə heç-heçə edən (1:1) “Napoli”33 il sonra İtaliya çempionu adını qazanıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir