“Prezident Kuboku-2023”: Azərbaycan avarçəkənləri daha dörd medal qazanıblar

Siyasət


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında ikinci günə start verilib.

“Report”un məlumatına görə, yarışın Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərhələsində 500, 1500 və 2000 metr məsafəyə mübarizədə qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçiləri ikinci yarış günündə ümumilikdə 4 medal (1 gümüş, 3 bürünc) qazanıblar.

2005-2008-ci il təvəllüdlü qızların mübarizəsində Gülnarə Həmzəyeva 500 metr məsafəyə bir nəfərlik kanoe qayığında üçüncü yeri tutub.

2005-2006-cı il oğlanların eyni məsafəyə 1 nəfərlik kayak yarışında Elmir Məmmədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bu yaş kateqoriyası üzrə 500 metrlik məsafəyə 2 nəfərlik kanoe qayığında Ramil Mustafayev və Rüfət Rəhimov bürünc medal əldə ediblər.

Nəhayət, Nurlan Paşayev 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında akademik avarçəkmə üzrə 2000 metr məsafəyə yürüşdə 3-cü yerlə kifayətlənib.

“Prezident Kuboku-2023”

Qızlar (2005-2008)
Bir nəfərlik kanoe (500 m)

1. Manana Petriaşvili (Gürcüstan)
2. Ulyana İvanova (Qazaxıstan)
3. Gülnarə Həmzəyeva (Azərbaycan)

Qızlar (2005-2006)
Bir nəfərlik kayak (500 m)

1. Evrim Bostancı (Türkiyə)
2. Andrea Botnariuk (Rumıniya)
3. Kulikauskayte Morta (Litva)

Oğlanlar (2005-2006)
Bir nəfərlik kanoe (500 m)

1. Sezar Amari (Moldova)
2. Elmir Məmmədov (Azərbaycan)
3. Radislav Çifliqarov (Bolqarıstan)

Oğlanlar (2007-2008)
Bir nəfərlik kayak (500 m)

1. Rahmi Kaan Karahan (Türkiyə)
2. Denis Yarovenko (Ukrayna)
3. Volodimir Narayevski (Ukrayna)

Oğlanlar (2007-2008)
Bir nəfərlik kanoe (500 m)

1. Kaan Ahmedov (Bolqarıstan)
2. Giorgi Ekaladze (Gürcüstan)
3. Saveli Lijin (Qazaxıstan)

Qızlar (2007-2008)
İki nəfərlik kayak (500 m)

1. Özge Naz Yıldız – İşılsu Karvan (Türkiyə)
2. Eftikia Aleksandraki – Yakaterini Kissamitaki (Yunanıstan)
3. Diana Poyarkova – Beate Skretule (Latviya)

Oğlanlar (2005-2006)
İki nəfərlik kanoe (500 m)

1. Nikolao Diakakis – Konstantinos Metaksas (Yunanıstan)
2. Aleksandru-Kristian Mirea – Ruben-Aleksandru Sakrieriu (Rumıniya)
3. Ramil Mustafayev – Rüfət Rəhimov (Azərbaycan)

Qızlar (2007-2008)
Bir nəfərlik kayak (500 m)

1. Mişel Fesun (Ukrayna)
2. Diana Poyarkova (Latviya)
3. Eva Plesnitsar (Slovakiya)

Oğlanlar (2007-2008)
İki nəfərlik kayak (500 m)

1. Muhammet Emin Sulak – Rahmi Kaan Karahan (Türkiyə)
2. Denis Yarovenko – Volodimir Narayevski (Ukrayna)
3. Edqars Bitmanis – Oskars Paymetovs (Latviya)

Oğlanlar (2005-2006)
Bir nəfərlik kayak (500 m)

1. Nika Odişelidze (Gürcüstan)
2. Denis Mençinski (Polşa)
3. Ali Kemal Sarar (Türkiyə)

Oğlanlar (2005-2006)
Akademik avarçəkmə (2000 m)

1. Luka Urtaşvili (Gürcüstan)
2. Bahodir Abdurahmanov (Özbəkistan)
3. Nurlan Paşayev (Azərbaycan)

Oğlanlar (2007-2008)
Akademik avarçəkmə (1500 m)

1. Yovan Mirinkoviç (Serbiya)
2. Muhamme Efe Yılmaz (Türkiyə)
3. Camalbek Turqunov (Özbəkistan)

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayır.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

Yarışın ilk günündə Azərbaycan avarçəkənləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir