Azərbaycan avarçəkəni: “Əvvəlki yarışlarda məğlub olsam da, həvəsdən düşmədim”

Siyasət


“Artıq üçüncü dəfədir Suqovuşan və Mingəçevirdə keçirilən reqatada iştirak edirəm. Əvvəlki yarışlarda məğlub olsam da, həvəsdən düşmədim. Əksinə, bu il daha çox çalışaraq qələbəyə nail oldum”.

“Report”un məlumatına görə, bunu Suqovuşan və Mingəçevirdə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Prezident Kuboku-2023” beynəlxalq reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Elmir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

200 metrlik məsafəyə bir nəfərlik kanoe qayığında ilk pilləni tutan idmançı əldə etdiyi uğura görə məşqçilərinə və federasiya rəhbərliyinə təşəkkürlərini bildirib:

“İdmançılarımıza demək istəyirəm ki, heç vaxt ruhdan düşməsinlər, hər zaman daha əzmlə çalışsınlar və qələbəyə inansınlar”.

Qeyd edək ki, reqataya mayın 6-da yekun vurulacaq. Bir gün sonra isə Bakıda mükafatlandırma mərasimi olacaq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir