Naxçıvan Hərbi Prokurorluğu yaradılıb

Siyasət


Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.

President.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün təsdiqlədiyi “Prokurorluq haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir