Avstriyanın paytaxtı Vyanadan Ukrayna paytaxtı Kiyevə yola düşən qatar Macarıstanda qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyətinin (“Ukrzaliznitsia”) “Telegram” kanalında xəbər verilib.
Bildirilir ki, qəza bazar günü baş verib. Dəmir filizi ilə dolu olan 35 vaqonlu yük qatarının 9 vaqonu relsdən çıxıb. Buna görə də qəzanın baş verdiyi “Hajduhadhaz” və “Ujfeherto” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb. Hərəkətin bərpasının ən azı bir gün çəkəcəyi vurğulanıb.

www.102info.az