Həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəyə rəbərliyi zamanı Gəncəyə dəfələrlə səfər etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı bu şəhərdə xeyli müəssisə var.
Gəncədə ulu öndərlə bağlı xatirələri olanlar da az deyil. Onlar arasında 30 il Gəncə Xalça Kombinatında çalışmış Mobil İmanovun xatirələri xüsusilə seçilir.
Onun ümummilli liderlə bağlı unudulmaz xatirələrindən biri isə düz 43 il əvvəl bu gün Heydər Əliyevin adını daşıyan park kompleksində baş verib.
Sovet dönəmində “Xatirə parkı” adlanan bu parka ilk ağac 1980-ci ildə ulu öndərin iştirakı ilə əkilmişdi. Həmin tədbirdə iştirak edən M.İmanov indi tez-tez bu parka gedərək həmin ağacların kölgəsində oturub, keçmiş günləri yad edir.
“Martın 3-də bütün Gəncə bu parka toplaşdı. Heydər Əliyev tapşırıq verdi ki, burada ağac əkilsin. Daha sonra dedi ki, Gəncənin rəmzi çinardır. İndi altında oturduğumuz əzəmətli çinarı Heydər Əliyev özü əkib”, – deyə o qeyd edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.102info.az