Türkiyədə yardım çadırlarının satılmasında adı hallanan Kerem Kınık istefa verdi

Dünya


Türkiyə Qızıl Aypara Cəmiyyətinin (Kızılay) sədri Kerem Kınık istefa verib.  

Kahramanmaraşdakı zəlzələlərdən sonra müzakirə mövzusuna çevrilən Kerem Kınık Qurandan sitat gətirərək “Twitter” hesabından paylaşım edib:

“Ya Rəbbim! Gedəcəyim yerə namusla gedim, çıxacağım yerdən də vicdanla çıxım! Öz tərəfindən mənə kömək edəcək güc ver!”

2016-cı ildən Türk Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsini icra edən K.Kınıkın istefasından sonra nizamnaməyə uyğun olaraq növbədənkənar qurultaya qədər İdarə Heyətinin sədri vəzifəsini sədrin birinci müavini Fatma Meriç Yılmaz icra edəcək.

Qeyd edək ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra K.Kınıkın adı yardım çadırlarının pulla satılmasında hallanıb.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün gənclərlə qatıldığı proqramda bu barədə danışaraq deyib:

“Bu məsələ məni də ciddi şəkildə məyus etdi. Bu səhv tez bir zamanda düzəldilməlidir”.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir