“Twitter”in yeni baş direktoru açıqlandı

Dünya


“Twitter”in sahibi İlon Mask platformaya yeni baş direktor təyin edib.

Mask bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

“Twitter”in yeni baş direktoru Linda Yakkarino təyin edilib. Maskın sözlərinə görə, Yakkarino biznes prosesləri ilə məşğul olacaq, o özü isə məhsulun dizaynı və yeni texnologiyaların tətbiqi işlərinə baxacaq.

“Mən bu platformanı universal tətbiq proqrama çevirmək üçün Linda ilə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə İlon Mask qeyd edib.

Linda Yakkarino 10 ildən çox NBCU media korporasiyasında satış rəhbəri vəzifəsində çalışıb. Xüsusilə bu vəzifədə o, “Peacock” striminq xidmətinin işə salınmasında iştirak edib.

Mənbə: Snob.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir