Krımda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Dünya


Krımın Cankoy rayonunda Mi-28 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Krım Respublikasının Cankoy rayonunda planlı təlim uçuşunu yerinə yetirərkən Mi-28 helikopteri qəzaya uğrayıb. Uçuş döyüş sursat yükü olmadan həyata keçirilib. Yerdə dağıntı olmayıb. Hər iki pilot həyatını itirib”, – deyə nazirlikdən bildiriblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Qəzanın bütün səbəblərinin və baş vermə şəraitinin aydınlaşdırılması üçün hadisə yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanlığının komissiyası göndərilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir