Alimlər bir anda daha yaxşı eşitməyin yolunu açıqladılar

Maraqlı


Bir göz bağlı olanda eşitmə, demək olar ki, dərhal yaxşılaşır. Bu yolla bəzi hiss orqanları digərlərinin funksiyasının pisləşməsini kompensasiya edir.

İtaliya və Almaniya alimlərinin bununla bağlı tədqiqatları “NeuroImage” jurnalında dərc olunub.

Bu yeni araşdırma üçün tədqiqatçılar 20 iştirakçının bir gözünü bağlayıblar. Sonra təcrübəçilərdən yanıb-sönən işığa baxmaları, həmçinin səs siqnallarını dinləmələri istənilib.

Bu zaman beyindəki aktivlik elektroensefaloqramma vasitəsi ilə millisaniyə dəqiqliyi ilə qeydə alınıb.

Gözləri bağlı olan iştirakçıların beyni qapalı gözdən gələn vizual məlumatlara daha həssas olub. Beyin də eşitmə məlumatlarını daha çox qəbul etməyə başlayıb.

Alimlər iştirakçıların gözlərindən lenti açan kimi vizual və eşitmə məlumatlarına cavab olaraq sinir fəaliyyəti demək olar ki, dərhal dəyişib.

Tədqiqatçılar bunun hətta kiçik bir görmə pozğunluğunun görmə və eşitmə arasında tarazlığa təsir etdiyini göstəricisi olduğunu bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir