Ankarada Fuad Oktay və Əli Əsədovun sədrliyi ilə vacib iclas – FOTO

Siyasət

Ankarada Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay və Azərbaycanın Baş naziri Əli Əsədovun sədrlik etdiyi İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilir.

Bu barədə Fuad Oktay “Twitter” hesabında paylaşım edib.

“Ticarət və iqtisadi əlaqələrimizin ən qısa zamanda qardaşlıq münasibətimizi əks etdirəcək səviyyəyə çatmasını diləyirəm”, – deyə F.Oktay bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, təhsil naziri Emin Əmrullayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir