Türkiyənin Manisa şəhərində gənc yaşlarından bərbərliyə başlayan Emirhan Güngör peşəsində daha yaxşı mövqelərə çatmaq üçün maraqlı bir yeniliyə imza atıb. Belə ki, o, bərbəırliyini dənizin altında edib. Bunun üçün o, İzmirin Karaburun rayonu sahilində dənizin təxminən 5 metr dərinliyə dalıb.
17 yaşlı gəncin sözlərinə görə, bu planını ailəsinə açıqlayanda fikri birmənalı qarşılanmayıb:
“Atam dedi ki, “sən dəlisən? Nə etməyə çalışırsan?” Anam hər zaman mənim ən böyük dəstəkçim olub. “Bunu edə bilərsən”, – dedi. Bu mənə özümə inam verdi. Dostlarım da dəstək oldular. Onların töhfələri ilə yaxşı iş görmüşəm və buna nail olmuşam”, – deyə gənc bildirir.
İlk dəfə olduğu üçün suya dalmaqda çətinlik çəkdiyini dilə gətirən Güngör, avadanlıq kimi köhnə əl aparatını istifadə etdiyini bildirib.
“Mən də suyun altında qayçı, daraq və çiləyicidən istifadə edirdim. Olduqca çətin oldu. Su soyuq olduğundan işim bir az da ağır oldu. Bir də tarazlığı saxlamaq problem idi və balıqlarla bağlı bir az çətinlik çəkdik”.
Gənc dənizə ilk girdiyində qorxduğunu bildirib:
“İlk dəfə dalğıc avadanlıqlarından da istifadə etdim. Orada məni nə gözlədiyini bilmirdim. Amma buna baxmayaraq, gözəl bir dalış keçirdik”.
O, növbəti hədəfinin Ağrı dağının zirvəsində bərbərlik etmək olduğunu bildirib.
Emirhan Güngör “Ginnesin Rekordlar Kitabı”na müraciət etməyi düşündüyünü də vurğulayıb.
Mənbə: Haber Global
www.RIA24.az